SON XƏBƏRLƏR

Polis qüvvələrinə yeni hücum baş verib

2024.04.09, 22:00
Polis qüvvələrinə yeni hücum baş verib

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan Əyalətində polis qüvvələrinin 3 avtomobilinə həmlə zamanı 6 polis öldürülüb.

Gunaz.tv

Ceyş-ül-Ədl Təşkilatı qısa bəyanatla həmlə üzrə cavabdehliyi üzərinə götürüb.

“Bir neçə saat öncə polis qüvvələrinin özəl alayı Ceyş-ül-Ədl Təşkilatı mücahidlərinin pusqusuna düşüb. 

 3 avtomobildən ibarət olan həmin alay tamamilə məhv edilib” - deyə Ceyş-ül-Ədl Təşkilatı bildirib. 

Sistan və Bəluçistan Əyalətinin xəbərlərini yayan Halvş xəbər portalının məlumatına istinadən polis avtomobilləri Sib-Suran rayonları yolunda patrol zamanı hücuma məruz qalıblar. 

Həmçinin Ceyş-ül-Ədl Təşkilatının silahlıları qarşıdurma zamanı səsboğucudan istifadə ediyindən atəş səsləri eşidilməyib.

SEPAH-a bağlı Təsnim xəbər agentliyinin bildirdiyinə görə 5 nəfər polis əməkdaşı qarşıdurma yerində və 1 nəfər də aldığı ağır yaralara görə xəstəxanaya çatdırılandan sonra dünyasını dəyişib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar