SON XƏBƏRLƏR

HƏMAS-ın Siyasi Büro rəhbərinin üç oğlu və nəvələri öldürüldü

2024.04.11, 09:26
HƏMAS-ın Siyasi Büro rəhbərinin üç oğlu və nəvələri öldürüldü

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin zərbəsi nəticəsində Qəzza zolağında üç oğlu və bir neçə nəvəsinin həlak olduğunu təsdiqləyib.

Gunaz.tv

Haniyənin açıqlamasını “Əl Cəzirə” telekanalı yayıb.

HƏMAS lideri, İsrailin əməliyyatı nəticəsində ümumilikdə “ailəsinin azı 60 üzvünü” itirdiyini bildirib.

İsmayıl Haniyə özü hazırda Dohada yaşayır.

Daha əvvəl “Əl Məyadin” telekanalı Haniyənin üç oğlu və bir neçə nəvəsinin öldüyü barədə məlumat vermişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar