SON XƏBƏRLƏR

ABŞ İrana xəbərdarlıq mesajı göndərdi

2024.04.11, 10:59
ABŞ İrana xəbərdarlıq mesajı göndərdi

ABŞ İsrailə hücum etməməklə bağlı dörd ölkə vasitəsilə İrana mesajlar ötürüb və İran hökumətinə güc nümayiş etdirməkdən çəkinməsi barədə xəbərdarlıq edilib.

Gunaz.tv

Bu barədə İsrailin "Jerusalem Post"  qəzeti məlumat yayıb.

ABŞ-in mesajı Səudiyyə Ərəbistanı, Qətər, İraq və Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İrana çatdırılıb.

Eyni zamanda bildirilib ki, İsrail də Amerikadan xüsusi və ümumi xəbərdarlıqlar və güc nümayişi etdirməklə Tehranın reaksiyasını məhdudlaşdırmasını istəyib.

Qeyd edək ki, ABŞ-ın mesajını İrana çatdıran hər dörd ölkədə ABŞ hərbi bazaları var.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar