SON XƏBƏRLƏR

İran və Türkiyə XİN rəhbərlərinin telefon danışığı olub

2024.04.11, 12:24
İran və Türkiyə XİN rəhbərlərinin telefon danışığı olub

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Gunaz.tv

Bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında Qəzzadakı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin İsrailin İranın Dəməşqdəki konsulluğuna raket hücumunun reaksiyaları və nəticələrini müzakirə ediblər.

Qeyd edək ki, ötən gecə Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinkin arasında da telefon danışı olub.

Bu danışıqlarda İran-İsrail hərbi qarşıdurması ilə bağlı təhdidlərin və təhlükənin artdığı barədə məsələlərin müzakirə edildiyi ehtimal olunur.

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar