SON XƏBƏRLƏR

Hindistan ilk dəfə olaraq Ermənistana hərbi attaşe təyin edib

2024.04.11, 12:33
Hindistan ilk dəfə olaraq Ermənistana hərbi attaşe təyin edib

Hindistan ilk dəfə olaraq Ermənistana hərbi attaşe təyin edib.

Gunaz.tv

Hindistan 10 yeni ölkəyə hərbi attaşe göndərir və bu ölkələrin sırasında Ermənistan da var.

Agentliyin xəbərinə görə, Dehlinin attaşe təyin etdiyi ölkələrin bəziləri Hindistan hərbi nümayəndələrini ilk dəfə qəbul edəcək. Qeyd olunub ki, Hindistanın hərbi-texniki əməkdaşlığı inkişaf etdirdiyi dövlətlərə xüsusi diqqət yetirilir.

Agentliyin mənbəsi bildirib ki, Hindistan silahlarının ixrac olunduğu ölkələrə xüsusi diqqət yetirilməklə 10 yeni hərbi attaşe yaradılır və Ermənistana da ilk dəfə olaraq hərbi attaşe təyin edilib. Hindistan artıq Ermənistanla Pinaka stansiyaları, “Akaş” qısa mənzilli zenit-raket kompleksi və digər silahların tədarükü barədə razılığa gəlib.

Cibuti, Fil Dişi Sahili, Mozambik, Polşa, Tanzaniya, Filippin və Efiopiyaya da yeni hərbi nümayəndələr göndəriləcək.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar