SON XƏBƏRLƏR

Suriya öz torpağından İsrailə hücum üçün İrana icazə verməyəcək

2024.04.11, 15:36
Suriya öz torpağından İsrailə hücum üçün İrana icazə verməyəcək

Aprelin 1-də İsrailin Dəməşqdə SEPAH komandirlərinin istifadə etdiyi binaya aviazərbəsindən sonra Tehran-Dəməşq arasında münasibətlərin soyuması ilə bağlı məlumatlar yayılıb.

Gunaz.tv

Bu, SEPAH zabitlərinin toplaşdığı yer və iclasları ilə bağlı gizli məlumatların Suriya tərəfindən İsrailə ötürülməsi ehtimalı ilə bağlıdır.

Bunun ardınca bir sıra ərəbdilli media orqanları Suriya dövlətinin öz torpağından İsrailə hücum üçün İrana icazə verməyəcəyi barədə materiallar dərc ediblər.

Qeyd edək ki, aprelin 8-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Dəməşqə səfər edib.

Əvvəlkilərdən fərqli olaraq bu dəfə onu hava limanında heç bir Suriya rəsmisi qarşılamayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar