SON XƏBƏRLƏR

Bir neçə ölkə vətəndaşlarını İran ərazisini tərk etməyə çağırıb

2024.04.13, 09:40
Bir neçə ölkə vətəndaşlarını İran ərazisini tərk etməyə çağırıb

Avstriya öz vətəndaşlarını İrana səfərlərdən çəkinməyə, orada olanları isə ölkəni tərk etməyə çağırıb.

Gunaz.tv

Bu barədə Avstriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurum bildirib ki, regionda mövcud gərgin vəziyyətlə əlaqədar yaxın günlərdə təhlükə səviyyəsinin yüksəlməsini gözləmək olar.

Bundan əlavə, qeyd olunur ki, Avstriya Hava Yolları baş verən hadisələr fonunda aprelin 18-dək Tehrana uçuşları ləğv edib.

Bununla yanaşı Almaniya və Hindistan Xarici İşlər Nazirlikləri də oxşar bəyanat yayaraq, vətəndaşlarının İranı tərk etməsini istəyiblər.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi İranda olan diplomatlarının ailələrini rəxliyə edib, vətəndaşlarına isə İrana səfər etməmək barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İsrail 1 apreldə İran səfirliyinin yanında yerləşən binaya zərbə endirib, nəticədə SEPAH-ın 2 generalı və 5 zabiti ölüb.

Bundan sonra İran rəsmiləri İsraildən qisas alacaqları ilə bağlı təhdid bəyanatları səsləndiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar