SON XƏBƏRLƏR

Fransa da İran səmasından uşuçlarını dayandırıb

2024.04.13, 13:23
Fransa da İran səmasından uşuçlarını dayandırıb

Bölgədə gərginliyin artması ilə Avstriya və Almaniyadan sonra Fransa da İranın hava ərazisindən uçuşlar etməyəcəyini bildirib.

Gunaz.tv

“Air France” Hava Yolları Cəmiyyəti aprelin 12-də elan nəşr edərək “böhran şəraitinə” və “Orta Şərqdə gərginliklərin artdığına” görə İranın səmasında uçuşları dayandırdığını deyib. 

Cəmiyyətin rəsmisi bildirib ki, İran səmasından keçirilməli olan 3 uçuşun marşrutunu dəyişdirməklə bir neçə saat yubanma ilə məqsədə çataçaqlar. 

Qeyd edək ki, Avstriya hava yolları Tehranla bağlı uçuşlarını aprelin 19-dək dayandırıb. 

Həmçinin Almaniyanın Lufthanza Hava Yolları da həmin tarixədək İrana və bu ölkədən uçuşlarının dayandırdığını bildirib.

Qeyd edək ki, ABŞ rəsmiləri bildiriblər ki, İran qarşıdakı günlərdə İsraildə müəyyən hədəfləri vurumaq məqsədi ilə 100 qanadlı raket və çox sayda PUA-nı ölkədə lazımı yerə köçürüb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar