SON XƏBƏRLƏR

İranda dollar 70 min tüməni aşıb

2024.04.14, 11:30
İranda dollar 70 min tüməni aşıb

İranın İsraili PUA və raketlərlə vurmağa əməliyyata başlaması ilə dolların qiyməti 66 min tüməndən 70 min 200 tümənə yüksəlib.

Gunaz.tv

Qızıl və valyuta üzrə məlumatlandırma internet səhifəsinin bildirməsinə istinadən Tehranın valyuta bazarında bu gün səhər 1 ABŞ dolları 70 min 200 tümənə alış-veriş olunub.

Həmçinin  Avro 74 min 750 və Britaniya funtu 87 min 250 tümənə qalxıb.

Habelə İranın Birja Təşkilatı Tehran şəhəri Birja Bazarında 3 trilyon tümən səhm satışı ilə bazardan bu iri məbləğin çıxmasının qarşısını almaq məqsədi ilə alış-verişlərə məhdudlaşdırma tətbiq edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar