SON XƏBƏRLƏR

İsrail İranın raket və PUA-larının neçə faizini zərərsizləşdirib?

2024.04.14, 13:07
İsrail İranın raket və PUA-larının neçə faizini zərərsizləşdirib?

İsrail Müdafiə Nazirliyi hucumla bağlı məlumat yayıb.

Gunaz.tv

İsrail ordusu İranın PUA və raketlərinin 99%-ni zərərsizləşdirib.

Bu barədə İsrail ordusundan məlumat verilib.

Məlumata görə, İranın göndərdiyi 185 PUA-nın heç biri İsrailə çatmayıb.

Bildirilib ki, İran ordusu dünənki əməliyyat zamanı İsrailə 36 qanadlı və 110 ədəd “yer-yer” tipli ballistik raket atıb.

“İranın PUA və qanadlı raketləri İsrailə çata bilmədi və zərərin əsas hissəsi hava hücumundan müdafiəni aşmış bir neçə ballistik raket tərəfindən olub”, - məlumatda qeyd olunub.

İsrail ordusunun sözçüsü Daniel Haqarinin məlumatına görə, zərbələr zamanı Nevatim aviabazasına cüzi ziyan dəyib.

İsrailin Beer-Şeba xəstəxanası onlara 11 yaralının gətirildiyini bildirib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar