SON XƏBƏRLƏR

Rəisi Pakistana gedir

2024.04.15, 12:33
Rəisi Pakistana gedir

Bölgədə gərginbliyin artması və İranın İsrailə raket və PUA hücumlarına görə Tehran hökumətinin tənqid edilməsi ilə eyni vaxtda İran prezidenti İbrahim Rəisinin Pakistana iki günlük səfəri planlaşdırılır.

Gunaz.tv

Pakistan Xarici İşlər Nazirliyi səfərin aprelin 22-də baş tutacağı barədə məlumatı təsdiqləyib.

“Rəisi ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında danışıqların əsas mövzusunun Yaxın Şərqdə baş verən hadisələr, eləcə də ikitərəfli münasibətlərin olacağı bildirilir. 

Qeyd edək ki, İbrahim Rəisinin səfəri, İslamabadın İrana bağlı radikal şiyələrdən ibarət "Zeynəbiyyun" qruplaşmasını terror təşkilatı elan etməsindən sonraya təsadüf edir.

İslamabad həmin qrupu ölkənin əmin-amanlığını və təhlükəsizliyini pozan təşkilat olduğu üçün onun fəaliyyətini qadağan edib. 

"Zeynəbiyyun" İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən yaradılıb.

Bundan əvvəl aprelin 12-də İbrahim Rəisi pakistanlı həmkarı Asif Əli Zərdariyə zəng edib, Tehran və İslamabad arasında təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsini istəyib. 

İbrahim Rəisinin bu səfərinin qonşuları ilə problemlər yaşayan və beynəlxalq aləmdə sıxışdırılan İranın təcrid vəziyyətindən çıxmaq cəhdi kimi dəyərləndirilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar