SON XƏBƏRLƏR

İranın nüvə obyektləri vurulacaq

2024.04.16, 12:04
İranın nüvə obyektləri vurulacaq

İsrailin İrana ehtimal edilən cavab zərbələri zamanı bu ölkənin nüvə obyektləri hədəf alınacaq və kiber hücumlar ediləcək.

Gunaz.tv

Bu barədə İsrail mediası məlumat yayıb.

Bundan əlavə, hücumun konkret hansı formada olacağı söylənməsə də, sui-qəsd əməliyyatları və ya elektron hücum da istisna edilmir.

Bununla eyni vaxtda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi İsrailin gözlənilən cavab hücumu zamani İranın nüvə obyektlərinin vurulacağından nigəranlığını ifadə edib.

O, deyib ki, vəziyyətin sabitləşməsinə qədər agentliyin İranda olan müfəttişlərinin nüvə obyektlərindən uzaq saxlanılmasına qərar verilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar