SON XƏBƏRLƏR

İsrailin hərbi kabineti İranın hücumuna cavab üçün beşinci iclası keçirdi

2024.04.17, 11:02
İsrailin hərbi kabineti İranın hücumuna cavab üçün beşinci iclası keçirdi

İsrail rəsmisi CNN-ə bildirib ki, İsrailin hərbi kabineti çərşənbə axşamı İranın pilotsuz təyyarə və raket hücumuna cavabını müzakirə etmək üçün toplandı.

Gunaz.tv

Bu ayın əvvəlində İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğuna İsrailin hücumuna cavab olaraq Tehranın bazar günü İsrailə silsilə zərbələr endirməsindən sonra bu, hərbi kabinetin beşinci iclası oldu.
İran bir gecədə İsrailə 300-dən çox pilotsuz təyyarə və raket zərbəsi endirib. İlk dəfədir ki, İran öz torpağından İsrailə birbaşa hücum həyata keçirib. Qeyd edək ki, İranın bu hücumu uğursuz alınıb. 99% dron və raket İsrail qüvvələri tərəfindən zərərsizləşdirilib. Bir neçə raket isə Suriya, İraq və İranın öz ərazisinə düşüb. İsarilin bu hücuma necə cavab verəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.

 

 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar