SON XƏBƏRLƏR

Kemeron: İsrailin İranın hücumuna cavab vermək qərarı verdiyi aydındır

2024.04.17, 13:34
Kemeron: İsrailin İranın hücumuna cavab vermək qərarı verdiyi aydındır

Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailin İranın hücumuna cavabının yeni eskalasiyaya səbəb olmayacaq şəkildə verilməsinin vacib olduğunu deyib.

Gunaz.tv

 Britaniya XİN rəhbəri bu barədə jurnalistlərə deyib.

“İsraillilərin İranın hücumundan sonra hərəkətə keçməklə bağlı qərar verdiyi aydındır. Ümid edirik ki, onlar bunu mümkün qədər eskalasiyaya səbəb olmayacaq şəkildə edərlər”, - o qeyd edib.

O əlavə edib ki, Britaniya İrana qarşı razılaşdırılmış sanksiyaları dəstəkləyir. "Onlara (İrana- red.) G7 tərəfindən aydın birmənalı mesaj verilməlidir" , - Kemeron vurğulayıb.

Xatırladaq ki, Britaniya XİN rəhbəri Devid Kemeron almaniyalı həmkarı ilə birgə İsraildə səfərdədir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar