SON XƏBƏRLƏR

İranın iqtisadiyyatı endirimli neft satışı hesabına inkişaf edib

2024.04.18, 14:46
İranın iqtisadiyyatı endirimli neft satışı hesabına inkişaf edib

Dünya Bankı İran iqtisadiyyatının ötən 2023-24-cü maliyyə ili üzrə 5.1 faiz inkişaf etdiyini, lakin bunun neft və xidmətlər sektoru hesabına formalaşdığını deyib.

Gunaz.tv

Bankın hesabatına istinadən ötən il İranın neft sektorunda Əlavə Dəyər artımı 17 faizi ötüb. 

Lakin bu artım dünya bazarında alış-veriş bollaşması və neft satışında İranın endirim etdiyinə görə olub. 

Bank həmçinin İranın 2024 və 25-ci illər üzrə inkişafının sıra ilə 3.3 və 3.1 olacağını yazıb. 

Beynəlxalq Valyuta Fondu inkişaf perspektivi üzrə belə bir azalışın səbəbini qeyri-neft sektorunda inkişafın və neftdən gəlirin səngiyəcəyi ilə əsaslandırıb. 

Qeyd edək ki, iranlı ekspertlər İran hakimiyyətinin endirimli neft satışını ölkə iqtisadiyyatının acınazcaqlı vəziyyətdə olması ilə əlaqələndirirlər.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar