SON XƏBƏRLƏR

İbrahim Rəisi Pakistana səfər edib

2024.04.22, 09:00
İbrahim Rəisi Pakistana səfər edib

İran prezidenti İbrahim Rəisi bu gün səhər saatlarında Pakistana iki günlük səfər edib.

Gunaz.tv

Rəisini xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər hökumət üzvlərinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti, biznes nümayəndələri müşayiət edəcək.

Səfər çərçivəsində İran Prezidenti pakistanlı həmkarı Asif Əli Zərdari və Baş nazir Şahbaz Şəriflə görüşəcək.

Görüşlər zamanı İran-Pakistan əlaqələrinin möhkəmləndirilməsi, ticarət, rabitə, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı müzakirə olunacaq. Tərəflər regional və dünyada baş verən hadisələri, həmçinin terrorizm təhlükəsi ilə mübarizədə ikitərəfli əməkdaşlığı nəzərdən keçirəcəklər.

Qeyd edək ki, İbrahim Rəisinin səfəri, İslamabadın İrana bağlı radikal şiyələrdən ibarət "Zeynəbiyyun" qruplaşmasını terror təşkilatı elan etməsindən sonraya təsadüf edir.

İslamabad həmin qrupu ölkənin əmin-amanlığını və təhlükəsizliyini pozan təşkilat olduğu üçün onun fəaliyyətini qadağan edib. 

"Zeynəbiyyun" İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən yaradılıb.

Bundan əvvəl aprelin 12-də İbrahim Rəisi pakistanlı həmkarı Asif Əli Zərdariyə zəng edib, Tehran və İslamabad arasında təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsini istəyib. 

İbrahim Rəisinin bu səfərinin qonşuları ilə problemlər yaşayan və beynəlxalq aləmdə sıxışdırılan İranın təcrid vəziyyətindən çıxmaq cəhdi kimi dəyərləndirilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar