SON XƏBƏRLƏR

Avropa Birliyi ölkələri İranla bağlı razılaşdı

2024.04.23, 10:00
Avropa Birliyi ölkələri İranla bağlı razılaşdı

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı razılaşıb.

Gunaz.tv

Bu barədə Avropa Birliyinin baş diplomatı Jozep Borrell məlumat verib.

"İrana qarşı mövcud sanksiyalar raketlər və raket istehsalı, eləcə də Yaxın Şərq və Qırmızı dənizə PUA-ların, raketlərin tədarükünü əhatə edəcək", - Borrell qeyd edib.

"Bloomberg" nəşrinin yazdığına görə, bu sanksiyalar Rusiyaya pilotsuz təyyarələrin göndərilməsindən əlavə İranın Yaxın Şərqdəki proksi qruplara göndərdiyi PUA-lar və raketləri ehtiva edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar