SON XƏBƏRLƏR

Zahidanda silahlı qarşıdurma- Ölən və yaralananlar var

2024.05.05, 10:10
Zahidanda silahlı qarşıdurma- Ölən və yaralananlar var

Etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində silahlı qarşıdurma olub.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Mayın 4-ü gecə saatlarında şəhərin Kösər küçəsində baş verən qarşıdurma nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

"Fars" xəbər agentliyi silahlı insident nəticəsində 1 nəfərin ölüb, 4 nəfərin yaralandığını yazıb.

İran mediası qarşıdurmanın şəxsi zəmində baş verdiyini iddia edib.

Bəluc Fəallarının Kampaniyası isə hadisənin mülki geyimli təhlükəsizlik məmurları ilə naməlum silahlı şəxslər arasında olduğunu bildirib.

Onların verdiyi məlumata görə,atışmadan sonra şəhər üzərində kəşfiyyat PUA-sı uçub, hadisə yerinə silahlı qüvvələr cəlb edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar