SON XƏBƏRLƏR

"İran Husiləri irəli verib özü həmişəlik arxada gizlənə bilməz" - ABŞ

2024.05.14, 11:47
"İran Husiləri irəli verib özü həmişəlik arxada gizlənə bilməz" - ABŞ

Amerikanın BMT-dəki səfirinin müavini İrandan sabitliyi pozma hərəkətlərinə dərhal son qoymağı tələb edib.

Gunaz.tv

Robert Vud mayın 13-ü Təhlükəsizlik Şurasında çıxışı zamanı Yəməndə husi üsyançılarına İran tərəfindən silahlar göndərmə həcminin misli görünməmiş həddə olduğunu deyib. 

“Bu qurum Yəməndə daxili müharibənin bitirilməsini istəyirsə, yekdil səslə İrana xəbərdarlıq etməli və Yəməndə sabitliyi pozma hərəkətlərinə dərhal son qoymasını tələb edməlidir” - deyə Robert Vud vurğulayıb.

Səfir müavini həmçinin əlavə edib ki, İran BMT-nin saksiyalarını pozmaqla müasir silahları, o cümldən ballistik raketləri husilərə göndərir və bu barədə çoxlu sübutlar var.

O,  İran tərəfindən silah sanksiyalarının davamlı pozulmasına Təhlükəsizlik Şurasının qarşı çıxması və əleyhinə əlavə tədbirlər görməsi vacibliyini qeyd edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar