SON XƏBƏRLƏR

Avropa İttifaqı İrana qarşı sanksiyaları gücləndirir

2024.05.15, 11:14
Avropa İttifaqı İrana qarşı sanksiyaları gücləndirir

Avropa İttifaqı Rusiyanın Ukrayana əleyhinə müharibəsində Tehranın Moskvanı dəstəkləməsinə görə İran əlehinə olan mövcud sanksiyaları gücləndirmək qərarına gəlib.

Gunaz.tv

Bu barədə Şuranın mayın 15-inə olan bəyanatında deyilir: “Avropa Şurası Rusiyanın Ukraynaya qarşı müharibəsində İranın hərbi dəstək göstərməsini nəzərə alaraq İttifqaın profilaktik tədbirlərinin artırılması qərarına gəlib”.

İttifaqın əvvəlki sanksiyaları İranın PUA sənayesini hədəfə alır və PUA-ların istehsalında İrana yardımçı ola biləcək hissələrin ixracatına qadağa qoyurdu. 

Sanksiyaların gücləndirilməsi ilə isə İranın PUA planlarında iştirak edən şəxlərə səfər etmə məhdudlaşdırmaları tətbiq olunmaqla yanaşı onların Avropadakı mülkləri də dondurulur. Ukrayna və Qərb ölkələri mövcud sübutlarla İranı Rusiyaya PUA ixracat etməkdə ittiham etsələr də İran bu ittihamları rədd edir.  

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar