SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda 4 etnik bəluc güllələndi

2024.05.15, 12:43
Sistan və Bəlucistanda 4 etnik bəluc güllələndi

Sistan və Bəlucistan əyalətinin Hirmənd rayonunun Kəndu kəndi yaxınlığında polis qüvvələri 4 nəfəri güllələyib.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məmurların açdığı atəş nəticəsində Məhəmməd Sarani, Qulam Sarani adlı iki qardaş ölüb, qardaşlardan digəri - Nəbi Sarani və yoldan keçən Nəzir Rəxşani adlı gənc qadın isə ağır yaralanıb.

Hadisənin səbəbi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar