SON XƏBƏRLƏR

2 terrorçu qruplaşmanın lideri Tehranda görüşdü

2024.05.15, 16:09
2 terrorçu qruplaşmanın lideri Tehranda görüşdü

Günaz.tv xəbər verir ki, İran dəstəkli HƏMAS və Hizbullah terrorçu qruplaşmalarının nümayəndə heyətləri Tehranda bir araya gəldi.

Gunaz.tv

Terrorçuların görüşü zamanı ikitərəfli əlaqələrin “inkişaf etdirilməsi” istiqamətində danışıqlar aparılıb.

Həmasın nümayəndə heyəti çərşənbə günü səhər Hizbullah qruplaşmasının baş katibi Seyid Həsən Nəsrullah ilə görüş keçirib.

Görüşdə HƏMAS qruplaşmasının siyasi bürosunun üzvü Xəlil əl-Həyya və HƏMAS qruplaşmasının Livandakı nümayəndəsi Usamə Həmdan iştirak edib.

Danışıqların təfərrüatları barədə hələlik detallı məlumat paylaşılmayıb.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar