SON XƏBƏRLƏR

Rəisiyə görə Dizmar meşəsində ağaclar kəsilir

2024.06.22, 11:00
Rəisiyə görə Dizmar meşəsində ağaclar kəsilir

Mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olduğu Dizmar meşəsində yüzlərlə ağac kəsilib.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları və ekofəallar məlumat yayıb.

Bildirilir ki, proses hazırda da davam edir.

Nadir ağac növlərinin kəsilməsi və meşə zolağının məhvinin İbrahim Rəisinin həlak olduğu yerdə ziyarətgahın inşası ilə əlaqədar olduğu qeyd edilir.

Qeyd edək ki, bir müddət əvvəl İbrahim Rəisinin həlak olması münasibətilə Dizmar meşəsinin adı dəyişdirilərək "Şəhid cümhur" qoyulub.

Azərbaycanlıların geniş etirazlarından sonra məsələyə yenidən baxılıb və qərar ləğv edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar