SON XƏBƏRLƏR

Şərifə Məhəmmədinin edam hökmü narazıları qorxutmaq üçündür

2024.07.06, 13:03
Şərifə Məhəmmədinin edam hökmü narazıları qorxutmaq üçündür

İşçi hərəkatı fəalı Şərifə Məhəmmədi barədə çıxarılan edam hökmü sinfi, mədəni və siyasi fəalları qorxutmaq və susdurmaq məqsədi daşıyır.

Gunaz.tv

Bu barədə İran Təhsil İşçiləri İttifaqlarının Kordinasiya Şurasının bəyanatında yazılıb.

Bəyanatda bildirilib ki, Şərifə Məhəmmədiyə qarşı irəli sürülən ittihamlar saxtadır və bu yalnız müxaliflərə qarşı repressiyaları gücləndirmək bəhanəsidir.

Qeyd edək ki, bir neçə gün əvvəl Rəşt şəhərinin İnqilab Məhkəməsi işçi hərəkatı fəallarından olan və hazırda Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan azərbaycanlı xanım Şərifə Məhəmmədi barədə edam hökmü çıxarıb.

Xanım Məhəmmədiyə qarşı edam cəzası "Xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq" ittihamına görə çıxarılıb.

Miliyyətcə tük olan Şərifə Məhəmmədi 5 dekabr 2023-cü ildə həbs edilərək Lakan həbsxanasına köçürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar