SON XƏBƏRLƏR

Məhbus fəalın vəziyyəti ağırlaşıb

2024.07.10, 12:33
Məhbus fəalın vəziyyəti ağırlaşıb

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı hüquqşünas və milli fəal Tahir Nəqəvinin sağlıq durumu kəskin ağırlaşlb.

Gunaz.tv

Bu barədə xaricdə mühacirətdə yaşayan güney azərbaycanlı vəkil Sina Yusifi məlumat yayıb.

O, həkimlərin ürək müayinələri, qalxanabənzər vəzi və qan təzyiqi testləri təyin etməsinə baxmayaraq, həbsxana rəhbərliyi və təhlükəsizlik qüvvələri fəalın müalicəsinə mane olduqlarını yazıb.

"İranın məhkəmə sistemi məhbuslara ölüm şərayitiı yaradır",- Sina Yusifi məhbus fəalın həyatının təhlükədə olduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, təhlükəsizlik məmurları Tahir Nəqəvini fevralın 6-da Kərəc şəhərində həbs ediblər.

O, "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıb.

Təhlükəsizlik qüvvələri və məhkəmənin qanunsuz əməllərinə etiraz edən Tahir Nəqəvi iyun ayının 13-dən aclıq aksiyasına əl atıb.

Buna görə həbsxana nəzarətçiləri onu döyüb və təkadamlıq kameraya salmışdılar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar