SON XƏBƏRLƏR

May Sato - BMTnin İranda insan haqları üzrə yeni xüsusi məruzəçi 

2024.07.12, 13:05
May Sato - BMTnin İranda insan haqları üzrə yeni xüsusi məruzəçi 

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın 3 illik missiyasının vaxtının başa çatması ilə eyni vaxtda yaponiyalı hüquqşünas May Sato onun yerinə təyin olunur və avqustun əvvəlindən rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Gunaz.tv

Bu barədə BMT məlumat yayıb.

May Sato cinayət hüququ üzrə birinci dərəcəli ekspertdir və hüquq müdafiəçiləri arasında sahəsinin mütəxəssisi kimi tanınır. 

Qeyd edək i, xanım Sato bu vəzifəyə təklif olunan 11 namizəddən biri idi və şuraya təqdim edilən üç finalçı arasında İranla bağlı missiyanı onun daha yaxşı yerinə yetirəcəyi qənayətinə gəlinib.

BMT-nin İnsan Hüquqları Şurasının rəhbəri mərakeşli Ömər Zinibar May Satoya yeni vəzifəsini avqustun 1-dən başlamağı rəsmən təklif edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar