SON XƏBƏRLƏR

Rusiya S 300 kodlarını İrana verməyib - SEPAH komandiri

2024.11.01, 14:29
Rusiya S 300 kodlarını İrana verməyib - SEPAH komandiri

İsrailin İrana etdiyi hava hücumu zamanı Rusiya S-300 hava hücumundan müdafiə sistemlərini fəallaşdırmaq üçün kodları İrana verməkdən imtina edib.

Gunaz.tv

Bunu keçmiş SEPAH generalı Qurbanəli Salavatiyan özünün X hesabında yazıb.

"O sistemlərə verilən 800 milyon dollar pula, 15 il gözləməyə və Rusiyaya duyulan güvənə hayıf olsun",- deyə o paylaşımda bildirib.

Qeyd edək ki, bundan əvvəl başqa bir neçə iranlı ekspert və rəsmi də İsrailin hücumu zamanı Rusiyanın İranı tək qoyduğundan gileyləniblər.

Bununla yanaşı bir sıra rəsmilər Rusiyanın İrana SU-35 qırıcılarının verilməsi ilə bağlı öhdəliyini yerinə yetirmədiyini deyiblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar