SON XƏBƏRLƏR

İran SEPAH-ın son üzvlərini də Suriyadan çıxarıb

2024.12.09, 11:19
İran SEPAH-ın son üzvlərini də Suriyadan çıxarıb

İranın “Mahan” Hava Yolları Şirkətinə məxsus təyyarələr SEPAH-ın Suriyanın Əl-Laziqiyyə şəhərindən SEPAH-ın bu ölkədəki son qüvvələrini də İrana geri qaytarıb.

Gunaz.tv

Bu barədə xarici media “Mahan” Hava Yolları Şirkətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, dekabrın 8-də şirkətin bir neçə təyyarəsi Əl-Laziqiyyəyə və əks istiqamətə dəfələrlə uçuşlar edib.

Bununla yanaşı EP-MJF A340-300 qeydiyyat nömrəli daha bir təyyarənin Əl-Laziqiyyəyə yola düşdüyü, ancaq enişinə icazə verilmədiyi üçün Tehranın İmam Xomeyni hava limanına geri qayıtdığı bildirilib.

Qeyd edək ki, 8 dekabrda “Heyət Təhrir əş-Şam” Dəməşqi ələ keçirib və Bəşər Əsəd rejimi devrilib. Bəşər Əsəd ailəsi ilə birgə Rusiyaya sığınıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar