SON XƏBƏRLƏR

Riçard Qrinel ABŞ-nin İran məsələləri üzrə xüsusi nümayəndəsi seçilə bilər

2024.12.12, 11:09
Riçard Qrinel ABŞ-nin İran məsələləri üzrə xüsusi nümayəndəsi seçilə bilər

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp keçmiş kəşfiyyat rəhbəri və ABŞ-nin Almaniyadakı keçmiş səfiri Riçard Qrinelin İran üzrə xüsusi elçi seçilməsini nəzərdən keçirir.

Gunaz.tv

Bu barədə "Royters" xəbər agentliyi məlumat yayıb.

Agentlik əlavə edib ki, Tramp hələ rəsmi olaraq İranla əlaqəli kadr və ya strategiya ilə bağlı heç bir yekun qərar verməyib, onun İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi, yoxsa İranın nüvə proqramını dayandırmaq üçün diplomatiyaya və ya hər iki yanaşmanın kombinasiyasına müraciət edəcəyi məlum deyil.

"Uzun müddət Trampın köməkçisi olan Riçard Qrinel kimi bir fiqurun belə bir vəzifəyə gətirilməsi bölgəyə mesaj kimi dəyərləndirilə bilər. Eyni halda bunun ABŞ-ın yeni prezidentinin əvvəllər ağır sanksiyalar tətbiq etmiş olduğu ölkə ilə danışıqlara açıq ola biləəcəyinə də işarə kimi başa düşmək olar",- "Royters yazıb.

Bəzi məlumatlı mənbələrin bildrdiyinə görə, Qrinel regional və regiondankənar ölkələrlə İran haqqında danışacaq, həmçinin İranın mümkün danışıqlara hazırlığını dəyərləndirəcək.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar