SON XƏBƏRLƏR

Amerika iki iranlını həbs etdi

2024.12.17, 11:09
Amerika iki iranlını həbs etdi

Mehdi Məhəmməd Sadiqi və Məhəmməd Abedini Nəcəfabadi Amerikanın Ürdündəki Tover 22 bazasına pilotsuz uçan aparatla hücumu üçün İrana avadanlıq təmin etdiklərinə görə həbs olunublar.

Gunaz.tv

Bildirilib ki, cari ilin yanvar ayında baş vermiş bu hücumda 3 Amerika əsgəri həlak olub, 40-dan çox adam yaralanıb.

FTB-nin məlumatına görə, Mehdi Məhəmməd Sadiqi, Məhəmməd Abediniyə məxsus İran şirkətinə Amerikadan pilotsuz uçan aparat avadanlığı satın almaqda yardım edib.

Hər iki müttəhim ixrac qanunlarını pozmaqda, Abedini isə terror təşkilatına dəstək verməkdə ittiham olunur.

Mehdi Məhəmməd Sadiqi Amerikanın Massaçusets  əyalətində, Məhəmməd Abedini Nəcəfabadi isə ABŞ-dən kənarda həbs ediliblər.

Amerika rəsmiləri bazar ertəsi gecə keçirdiyi mətbuat konfransında bildiriblər ki, Ürdündə Amerika qüvvələrinin yerləşdiyi bazaya hücumda istifadə edilən pilotsuz uçan aparatı araşdıraraq, onun hissələrinin yanvar ayında hücumda istifadə edilən İran pilotsuz təyyarəsinə necə daxil olduğunu anlaya biliblər.

Onlar bildiriblər ki, İranda hökumət, SEPAH və silahlı qüvvələrlə əlaqəsi olan şirkət sahibi Abedini Nəcəfabadi, Amerika istehsalı olan hissələri Avropadakı bir kölgə şirkətindən və bu şirkətdə işləyən Mehdi Məhəmməd Sadqi vasitəsilə əldə edib.

Qeyd edilib ki, Abedini Nəcəfabadi Amerika Federal Polisi, FTB-nin səyləri ilə İtaliyada həbs edilib və Amerika səlahiyyətliləri onu Amerikaya gətirib mühakimə etməyə çalışırlar.

GünazTV

 
 
 
 
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar