SON XƏBƏRLƏR

İddia: Ukraynadakı müharibə son mərhələyə qədəm qoyur

2024.12.18, 12:02
İddia: Ukraynadakı müharibə son mərhələyə qədəm qoyur

Ukraynadakı müharibə son mərhələyə qədəm qoyur. Döyüşləri sona çatdırmaq üçün razılaşma həmişəkindən daha real görünür.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Amerikanın “New York Times” nəşri məlumat paylaşıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmasında istəklidir:

“Lakin bu, yəqin ki, qeyri-mümkün olaraq qalacaq. Çünki alyansın azı 7 ölkəsi Ukraynanın üzvlüyünə qarşıdır. Onlar üzvlüyü qeyri-müəyyən müddətə təxirə salmağı təklif edirlər”.

Qeyd olunub ki, Ukraynanın müdafiəsini təmin etməyə hazır olan koalisiyanın yaradılması mümkündür: “Ancaq Amerikanın iştirakı olmadan belə bir razılaşma etibarlı olmayacaq. Ölkənin yeni seçilmiş prezidenti Donald Trampın isə belə bir sazişi imzalaması ehtimalı yoxdur”.

Nəşrin yazdığına görə, Ukraynanın coğrafi baxımdan təhlükəsizliyi amerikalılar üçün deyil, avropalılar üçün vacibdir: “Artıq Avropanın bir neçə ölkəsi müharibədən sonra öz qoşunlarını Ukraynada yerləşdirmək variantını müzakirə edir”.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar