SON XƏBƏRLƏR

Suriyalılar Rusiya konvoyunu daşa basdılar - VİDEO

2024.12.21, 11:52
Suriyalılar Rusiya konvoyunu daşa basdılar - VİDEO

Suriyada bölgəni tərk edən Rusiya hərbçilərinə məxsus konvoy müxalif qüvvələrin hücumuna məruz qalıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, hadisə Rusiya qoşunlarının müəyyən bölgələrdən çıxması zamanı baş verib. Müxalif qruplar Rusiya hərbçilərini Suriyanın daxili işlərinə müdaxilə etməkdə ittiham edərək, konvoya daş və digər əşyalar atıblar.

Hücum zamanı ciddi xəsarət alan olmayıb, lakin hadisə bölgədə onsuz da gərgin olan vəziyyəti bir daha gündəmə gətirib. Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verməyib, lakin mütəxəssislər bu insidentin Moskva və yerli qüvvələr arasındakı münasibətlərin zəifləməsi ilə bağlı ola biləcəyini qeyd edirlər. 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar