SON XƏBƏRLƏR

Türkiyə Hava Yolları yanvarın 23-dən etibarən Şama uçuşları bərpa edəcək

2025.01.16, 15:00
Türkiyə Hava Yolları yanvarın 23-dən etibarən Şama uçuşları bərpa edəcək

Türkiyə Hava Yolları çərşənbə günü bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin devrilməsinin ardınca, on il fasilədən sonra yanvarın 23-dən etibarən Şama uçuşları bərpa edəcək.

Gunaz.tv

“Biz Şama uçuşlarımıza yanvarın 23-də həftədə üç uçuş olmaqla başlayacağıq.” - deyə qurumun baş icraçı direktoru Bilal Eksi X-də yazıb.

Qeyd edək ki, ötən ay Əsədi devirən müxalif qüvvələri dəstəkləyən Türkiyə, hava limanında radar sisteminin olmadığını qeyd edərək, Şama kommersiya uçuşlarının bərpasına kömək edəcəyini artıq bəyan etmişdi.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar