SON XƏBƏRLƏR

İranın Suriyada fitnəsi davam edir - “Suriyada İslam Müqavimət Cəbhəsi” mövcudluğunu elan edir

2025.01.17, 13:18
İranın Suriyada fitnəsi davam edir - “Suriyada İslam Müqavimət Cəbhəsi” mövcudluğunu elan edir

“Suriyada İslami Müqavimət Cəbhəsi” adlı yeni qrup İsraillə qarşıdurma yaratmaq məqsədi ilə Suriyada varlığını elan edib.

Gunaz.tv

Qrupun loqosu İran rejiminin Lübnandakı proksi qüvvəsi olan Hizbullahın rəsmi loqosuna bənzəyir.

Qeyd edək ki, İran rejiminin lideri Əli Xamenei daha əvvəl “Suriyada güclü, şərəfli bir cəmiyyət quracağına” söz vermiş, “Suriya gənclərinin itirəcək heç nəyi yoxdur” demişdi.

Qruplaşmanın varlığını elan edən bəyanat Suriya Sosial Millətçi Partiyasının saytında dərc olunub. Bu partiya Lübnan və İraqda şöbələri olan bir hərəkatdır. Bu partiya Əsədin tərəfdarı sayılırdı və Lübnan Hizbullahı ilə müttəfiqdir və İran rejimini dəstəkləyən oxun bir hissəsi kimi tanınır.

İsraildəki Alma Araşdırma İnstitutu öz təhlilində Suriya Sosial Millətçi Partiyasının tarixini və fəaliyyətini araşdırıb və yeni qrupun Suriya Milliyyətçi Partiyasının nəzarəti altında olduğunu və bu qruplaşmada İran  təsirinin aktiv olduğunu irəli sürüb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar