SON XƏBƏRLƏR

Rusiyada Su-25 istehsal edən zavoda hücum edildi

2025.01.21, 12:17
Rusiyada Su-25 istehsal edən zavoda hücum edildi

Rusiyanın Smolensk şəhəri yaxınlığındakı aviasiya zavoduna PUA hücumu edilib.

Gunaz.tv

Yanvarın 21-də gecə saatlarında Rusiyanın qərbində yerləşən Smolensk Aviasiya Zavodunda Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində obyektdə yanğın başlayıb. Məlumata görə, zavodda Su-25 hücum təyyarələri istehsal olunur. 

Smolensk Rusiya-Belarus sərhədindən 60 kilometr şərqdə və Ukraynadan təxminən 270 kilometr şimalda yerləşir. Şəhərdə yerləşən aviasiya zavodu Su-25 hərbi təyyarələrinin istehsalı və modernləşdirilməsi ilə məşğuldur. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının dezinformasiya ilə mübarizə üzrə rəhbəri Andriy Kovalenko bununla bağlı məlumat paylaşıb.

Ukraynanın uzaqmənzilli pilotsuz təyyarələri Moskvanın Ukraynada genişmiqyaslı müharibə aparmaq qabiliyyətini sarsıtmaq üçün müntəzəm olaraq Rusiyanın hərbi və sənaye obyektlərini hədəfə alır.

Qeyd edək ki, gecə ərzində hava hücumundan müdafiə sistemləri Rusiyanın 6 regionu üzərində 55 ədəd Ukrayna PUA-sını zərərsizləşdirib. Məlumata görə, Bryanskda 22, Rostovda 12, Smolenskdə 10, Voronejdə 6, Saratovda 4, Kursk vilayəti üzərində isə 1 ədəd PUA məhv edilib. Elə həmin gecə Voronej vilayətinin Liski kəndindəki neft anbarında pilotsuz təyyarələrin zərbələri nəticəsində yanğın baş verib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar