SON XƏBƏRLƏR

Ukrayna PUA-larının Ryazana zərbələri: neft emalı zavodunda YANĞIN

2025.01.24, 11:36
Ukrayna PUA-larının Ryazana zərbələri: neft emalı zavodunda YANĞIN

Bu gün Ryazan şəhərində Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində ciddi hadisələr baş verib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən bildirir ki, azı 10 partlayış qeydə alınıb. Partlayışların məkanları hələlik açıqlanmasa da, bölgədə ciddi narahatlıq hökm sürür.

Hadisə yerində təcili xidmətlər işləyir və mümkün dağıntılar araşdırılır. Hələlik xəsarət alanlar və ya insan itkisi ilə bağlı rəsmi məlumat verilməyib. Şəhər sakinləri arasında təşviş olduğu bildirilir.

Ryazan vilayətinin rəhbərliyi və digər rəsmi qurumlar hadisə ilə bağlı araşdırmaların davam etdiyini və yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcəyini bəyan ediblər.

Hadisə Ukrayna və Rusiya arasında davam edən müharibə fonunda baş verir. Qeyd edək ki, Ukrayna pilotsuz uçuş aparatları (PUA) Ryazanda yerləşən neft emalı zavoduna da hücum təşkil edib.

 

Hücum nəticəsində ərazidə güclü partlayış qeydə alınıb. Partlayışdan sonra zavodda genişmiqyaslı yanğın başlayıb.

Yanğının qarşısının alınması və zavodda təhlükəsizlik tədbirlərinin görülməsi üçün işlər davam edir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar