“Traxtur” klubunun rəsmi mətbuat orqanına müsahibə verən Səid Müzəffərizadə komandanın rəqib azarkeşlərinin təhqiramiz davranışları, irqçi və anti-türk şüarları ilə bağlı “Perspolis” klubuna qarşı şikayət etdiklərini deyib: “Biz bütün lazımi hüquqi tədbirləri görmüşük. Bununla bağlı təcili və əsaslı tədbir görülməzsə, FİFA vasitəsilə məsələni tam qətiyyətlə davam etdirəcəyik. İrqçi və etnik şüarlar məsələsinin heç bir əsası yoxdur və biz bununla bağlı heç bir tolerantlığı qəbul etməyəcəyik. Təcrübə göstərir ki, bir və ya iki oyunluq cəza kimi stereotipik hərəkətlər bu problemin həlli deyil və Futbol Federasiya bunu nəzərə almalıdır." - deyə Səid Müzəffərizadə bildirib.
Müzəffərizadə oyunun müxbiri Cavad Xiabaninin və Persepolisin baş məşqçisi Kərim Baqerinin azarkeşlərin türklərə qarşı şüarları və irqi təhqirləri ilə bağlı səssiz qalmasını da tənqid edib. "Onlar ən azından azarkeşləri xəbərdar etməli idilər" - deyə o bildirib.
C