SON XƏBƏRLƏR

Ukrayna Kurskda hücuma keçdi

2025.02.07, 11:56
Ukrayna Kurskda hücuma keçdi

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində yeni hücuma başlayıb.

Gunaz.tv

GünazTV Publika-az-a istinadla xəbər verir ki, bu barədə "Z əməliyyatı: Rus baharının müharibə müxbirləri" (RV) Teleqram kanalı məlumat yayıb.

Hərbi müxbirlərin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri fevralın 6-da səhər saatlarında hücum əməliyyatlarına başlayıb. Ukrayna əsgərləri Plexovo qəsəbəsinə çatmağa çalışırlar.

Jurnalistlər yazır ki, Ukrayna Silahlı Qüvvələri zirehli texnikanı önə çıxarıblar. Onların qarşısında isə mina təmizləyən maşınlar var. Hazırda şiddətli döyüşlərin getdiyi bildirilir, itkilər barədə məlumat verilmir.

Ukrayna Silahlı Qüvvələri əvvəllər “boz” zonada olan kiçik Çerkasskaya Konopelka kəndini nəzarətə götürüb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar