SON XƏBƏRLƏR

Pentaqon rəhbəri: "Çin Amerikanın dünyada hökmranlığını sarsıtmaq istəyir"

2025.02.08, 12:44
Pentaqon rəhbəri: "Çin Amerikanın dünyada hökmranlığını sarsıtmaq istəyir"

"Çin hökmranlığa can atır və Amerikanın dünyadakı hökmranlığını sarsıtmaq niyyətindədir".

Gunaz.tv

Bunu Amerikanın   müdafiə naziri Pit Heqset Pentaqonun üzvləri ilə görüşdə deyib.

"Mən sizə deməliyəm ki, biz çox təhlükəli dövrlərdə yaşayırıq, elə güclər var ki, imkanları olsa, məmnuniyyətlə yüksələcək və Qərbin güc, imkan və inanclarını rədd edəcəklər", - Heqset bildirib.

Heqset digər məsələlərlə yanaşı qeyd edib ki, onun fikrincə, Çin kommunistləri dünyaya tamamilə fərqli baxışa can atırlar.

"Onlar bunu iqtisadi dirçəlişləri sayəsində edirlər. Buna görə də, Amerika buna hazır olmalıdır", - Pentaqon rəhbəri yekunlaşdırıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar