SON XƏBƏRLƏR

Türkiyənin daxili işlər naziri terrorçulara xəbərdarlıq edib

2025.02.11, 11:55
Türkiyənin daxili işlər naziri terrorçulara xəbərdarlıq edib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya terrorçulara xəbərdarlıq edib.

Gunaz.tv

"Möhtərəm Prezidentimizin rəhbərliyi ilə “Türk Əsri”nin qurulması prosesində “Böyük və Qüdrətli Türkiyə” idealı ilə çıxdığımız bu yolda, heç şübhəsiz, “Terrorsuz Türkiyə” əsas hədəfimizdir. Terrorun sonu gəldiyi üçün bu gün Şırnakda terrordan deyil, bizi millət olaraq sevindirən inkişaflardan danışırıq."

 

GünazTV “CNN Türk”ə istinadən xəbər verir ki, o, bu barədə ölkənin Şırnak vilayətində çıxışı zamanı deyib.

Nazir Türkiyənin terrorla mübarizədə ciddi yol qət etdiyini nəzərə çatdırıb:

“Aramızda fitnə-fəsad törətməyə çalışanlara sözümüz budur; Prezidentimizin də bəyan etdiyi kimi, ölkəmizə qarşı bütün terror təhdidləri aradan qaldırılana və sonuncu terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Terrorla effektiv mübarizə apardığımız kimi, ictimai asayiş, mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və kibercinayətkarlıqla mübarizədə də eyni qətiyyət nümayiş etdiririk.”

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar