SON XƏBƏRLƏR

İrana bağlı silahlılar Suriyaya qayıtmamalıdır - Makron

2025.02.14, 13:23
İrana bağlı silahlılar Suriyaya qayıtmamalıdır - Makron

Fransa Suriyadakı ekstremist qruplara qarşı daha çox tədbir görməyə hazırdır və Suriya bir daha İrana bağlı qruplaşmaların qaytımasına şahid olmamalıdır.

Gunaz.tv

‌Bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə Suriya ilə bağlı keçirilən beynəlxalq konfransda deyib.

Qərbin dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin Suriya Milli Qüvvələrinə inteqrasiya edilməli olduğunu deyən Makron, Suriyanın müvəqqəti hökumətindən ekstremist qruplara qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə əməkdaşlıq etməyi tələb edib.

Qeyd edək ki, Avropa və ərəb rəsmilərinin iştirak etdiyi konfrans dekabrda Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Suriya ilə bağlı keçirilən üçüncü görüş olub. Bu görüşdə Suriyanın müvəqqəti hökumətinin xarici işlər naziri Əsəd Əl-Şeibani də iştirak edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar