SON XƏBƏRLƏR

Amerika qırıcıları Suriyada terrorçulara zərbələr endirdi

2025.02.17, 13:37
Amerika qırıcıları Suriyada terrorçulara zərbələr endirdi

Amerika Mərkəzi Komandanlığı (CENTCOM) Amerika döyüş təyyarələrinin Suriyada əməliyyat keçirdiyini açıqlayıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, hücumda bir sıra terror hədəflərinin məhv edildiyi bildirilir.

Həmçinin qeyd edilir ki, CENTCOM qüvvələri Suriyanın şimal-qərbində dəqiq hava hücumu həyata keçirərək, “Əl-Qaidə” terror təşkilatının “Hürasəddin” qruplaşmasının yüksək səviyyəli üzvünü hədəfə alaraq zərərsizləşdirib.

“Vətənimizi, Amerikanın müttəfiqlərini və bölgədəki tərəfdaş qüvvələrimizə məxsus şəxsi heyəti müdafiə etmək üçün terrorçuların amansız təqibinə davam edəcəyik” - CENTCOM-un paylaşdığı məlumatda deyilir.

Xatırladaq ki, “Hürasəddin” qruplaşması yanvar ayında Suriyanın yeni təyin olunmuş prezidenti Əhməd əl-Şaraanın göstərişi ilə fəaliyyətini dayandırdığını elan edib. Eyni zamanda hərəkat ilk dəfə olaraq “Əl-Qaidə” terror təşkilatı ilə əlaqələri olduğunu etiraf edib.

 

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar