CNN-in məlumatına görə, Səudiyyə Ərəbistanı İranın müttəfiqlərinin zəiflədiyi bir vaxtda Tehranın nüvə silahı əldə etməyə daha çox meyl göstərə biləcəyindən narahatdır. Riyad ümid edir ki, Amerikanın prezidenti Donald Tramp ilə yaxın əlaqələrindən istifadə edərək İran üçün Ağ Evə diplomatik bir körpü yarada bilər.
Amerika Dövlət Departamenti və Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi "CNN"in bu məsələ ilə bağlı iddialarına cavab verməyib. İranın BMT-dəki nümayəndəliyi də məsələyə heç bir şərh verməyib.
C