SON XƏBƏRLƏR

Sərnişin təyyarəsi qəzaya uğradı

2025.02.18, 11:27
Sərnişin təyyarəsi qəzaya uğradı

Kanadanın Toronto şəhərində yerləşən hava limanında Delta Air Lines aviaşirkətinə məxsus sərnişin təyyarəsi aşaraq qəzaya uğrayıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, təyyarə Amerikanın Minneapolis şəhərindən Kanadaya uçuş həyata keçirirdi.

Hadisə ilə bağlı hələ ki, rəsmi açıqlama yoxdur. Lakin sosial mediada yayılan foto və videolarda təyyarənin tamamilə aşdığı görünür.

CTV News-un məlumatına görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb. Onların vəziyyəti barədə dəqiq məlumat verilməsə də, təcili tibbi yardım xidmətləri hadisə yerində çalışır. ABŞ Federal Mülki Aviasiya İdarəsi təyyarədə olan 80 nəfərin hamısının təxliyə edildiyini, ölən olmadığını təsdiqləyib.

Hazırda qəzanın səbəbləri araşdırılır, hava limanında fövqəladə vəziyyət elan edilib və xilasedicilər hadisə yerində iş aparır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar