SON XƏBƏRLƏR

Tramp Ər-Riyadda Amerika-Rusiya görüşünü "çox yaxşı" adlandırıb

2025.02.19, 10:59
Tramp Ər-Riyadda Amerika-Rusiya görüşünü "çox yaxşı" adlandırıb

Birləşmiş Ştatların Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Amerika-Rusiya danışıqlarını çox yaxşı adlandırıb.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə o, yeni fərmanlarını imzaladıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Amerika lideri Rusiya-Ukrayna münaqişəsinin həllinə inamının gücləndiyini vurğulayıb.

Ondan Səudiyyə Ərəbistanındakı görüş və danışıqlardan sonra Rusiya-Ukrayna münaqişəsinin həllinə dair sazişin bağlanacağına əmin olub-olmaması barədə danışması istənilib. "Mən daha çox əminəm ki, onlar (danışıqlar - red.) çox yaxşı olub", - o, jurnalistlərə deyib.

İmzalanma Amerika liderinin Florida ştatının Vest-Palm-Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş tutub.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar