SON XƏBƏRLƏR

Tramp Amerikanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini vəzifəsindən azad edib

2025.02.22, 12:42
Tramp Amerikanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini vəzifəsindən azad edib

Amerika prezidenti Donald Tramp Amerika Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) sədri, general Çarls Braunu vəzifəsindən azad edib.

Gunaz.tv

GünazTV APA-ya istinadən xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” səhifəsində paylaşım edib.

"Mən general Çarls Brauna ölkəmizə 40 ildən artıq xidmətinə görə, o cümlədən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi təşəkkür etmək istəyirəm. O, gözəl centlmen və görkəmli liderdir, ona və ailəsinə böyük gələcək arzulayıram", - Tramp deyib.

O, həmçinin Amerika Hərbi Hava Qüvvələrinin generalı Den Keyni bu vəzifəyə namizəd kimi irəli sürdüyünü bildirib.

“General Keyn təcrübəli pilot, milli təhlükəsizlik üzrə ekspert, uğurlu sahibkar və idarələrarası və xüsusi əməliyyatlarda əhəmiyyətli təcrübəyə malik döyüşçüdür”, - Tramp əlavə edib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar