SON XƏBƏRLƏR

Ukraynanın bərpasına nə qədər pul lazımdır?

2025.02.25, 12:16
Ukraynanın bərpasına nə qədər pul lazımdır?

Ukraynanın bərpası 500 milyard avroya başa gələ bilər.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, bu, qarşıdakı illərdə Avropa üçün əsas vəzifələrdən birinə çevrilə bilər.

Baş nazirin fikrincə, ölkənin bərpası üçün əsas maliyyə mənbəyi dondurulmuş Rusiya aktivləri olmalıdır:

“Biz əminik ki, bu vəsaitlər əsas maliyyə mənbəyi olacaq. Onları müsadirə etməyin vaxtı çatıb”, – deyə Şmıqal bildirib.

O həmçinin əlavə edib ki, Avropa şirkətləri Ukraynada genişmiqyaslı layihələrin həyata keçirilməsində həlledici rol oynaya bilərlər.

"Biz Avropaya enerji, nadir minerallar, güclü texnologiyalar üzrə layihələr təklif edirik. Litium, titan, uran, təbii qaz, hidrogen, və.s kimi minerallar bunlara nümunədir. Eyni zamanda, biz Avropaya döyüş meydanında əldə etdiyimiz ən son təcrübəmizi təklif edə bilərik. Bərpa olunan enerji mənbələrimiz bizə Avropanın iqlim məqsədlərinə çatmağa kömək edəcək", - deyə Şmıqal əlavə edib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar