SON XƏBƏRLƏR

KİV: İran nüvə və raket obyektləri yaxınlığındakı müdafiə sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib

2025.02.25, 13:47
KİV: İran nüvə və raket obyektləri yaxınlığındakı müdafiə sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib

İran əsas nüvə və raket obyektlərinin yaxınlığında müdafiə sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib.

Gunaz.tv

Bu barədə Britaniyanın "Telegraph" qəzeti ölkə hökumətindəki yüksək vəzifəli mənbələrə istinadən yazır.

Qəzet yazır ki, İran İsrail və Ameriaknın mümkün hücumundan ehtiyat edərək bu addımı edib: "İran əsas nüvə və raket obyektləri ətrafında müdafiəni gücləndirir, o cümlədən əlavə hava hücumundan müdafiə qurğularının yerləşdirir. Rəsmilər bu tədbirlərin İsrail və Amerika arasında mümkün birgə hərbi fəaliyyətlə bağlı artan narahatlıqlara cavab olduğunu bildirir".

Mənbələrdən biri qeyd edib ki, İranın nüvə obyektlərinin gücləndirilməsi üzrə işlər uzun illərdir davam edir, lakin son bir ildə xüsusilə İsrailin ilk hücumunu həyata keçirdikdən sonra daha da intensivləşib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar