Məhəmməd Rza Zenozi kəskin və etiraz xarakterli müsahibəsində İran futbolunda baş verən son hadisələrə münasibət bildirib. O, komandasının son oyunlarında yaranan problemlərə toxunaraq, Futbol Federasiyasından məsələyə aydınlıq gətirməsini istəyib və liqa çempionunu əvvəlcədən seçib-seçmədiklərini soruşub.
Hakimlərin performansını və sistemi tənqid edən Zenozi, bəzi komandaların xüsusi imtiyazlara malik olduğunu və bu haqsızlıqların müəyyən komandalara üstünlük verdiyini göstərən çoxlu dəlillərə sahib olduğunu bildirib.
“Əgər, 2009-2010-cu illərdəki kimi çempionu əvvəlcədən müəyyənləşdiriblərsə mənim islahatlara ümidim yoxdur. Amma həqiqətən də islahat etmək niyyətindədirlərsə, gəlib bunu futbol meydanında sübut etsinlər. Bizim futbol meydançasında problemimiz yoxdur və problem “köməkçi” otağında və Futbol Federasiyasının müxtəlif komitələrinin otaqlarındadır. Özləri gəlib cavab verməlidir ki, niyyətləri dəyişib, ya yox. Bizə vədlər veriblər, ancaq bilmirəm, onlara əməl edəcəklər, ya yox." - deyə Rza Zenozi bildirib.
C