SON XƏBƏRLƏR

Tramp: Rusiya-Ukrayna savaşını 24 saata bitirəcəyimi deyəndə sarkazm edirdim

2025.03.15, 12:05
Tramp: Rusiya-Ukrayna savaşını 24 saata bitirəcəyimi deyəndə sarkazm edirdim

Donald Tramp prezidentliyə namizədliyi zamanı Rusiya-Ukrayna savaşını 24 saata bitirəcəyimi deyərkən istehza etdiyini söyləyib.

Gunaz.tv

O, bu barədə “Full Measure” televiziya proqramına verdiyi müsahibə zamanı bildirib.

"Bunu deyəndə bir az istehzalı davranırdım. Demək istədiyim o idi ki, mən bu problemi həll etmək istəyirəm və düşünürəm ki, bunda uğurlu olacağım." - deyə Donald Tramp bildirib.

Qeyd edək ki, bu uzun müddətdir şişirdilmiş iddialar irəli sürməklə gündəmə gələn Donald Trampın nadir etiraflarından biridir.

Müsahibədə Trampdan Putinin üç il əvvəl başladığı müharibədə atəşkəslə razılaşmadığı təqdirdə Amerikanın planının nə olacağı da soruşulub.

"Bu dünya üçün pis xəbər deməkdir, çünki çoxlu insan ölür" - deyə Tramp bu suala cavab verib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar